IQNA

Rusiyada yeni müsəlmanlar və İslamı qəbul etmə motivləri

13:30 - December 14, 2021
Xəbər sayı: 3491367
Rus müsəlmanları, İslam cəmiyyətinə qoşulmazdan əvvəl özlərini dindar hesab edirdilər. Onların iman gətirməsində xristian dünyagörüşü xüsusi rol oynamışdır. Bu baxış ilkin dini şüuru formalaşdırmış və onun dini dərk etməsinə əsas olmuşdur.

"İQNA", xəbər verir ki, amerikalı psixoloq Li Kirkopatrik hesab edir ki, insanların dini seçimlərinə erkən məktəb yaşlarında ana-övlad münasibətləri təsir edir. Yüzlərlə insanla söhbət etdikdən sonra o, uşaq ikən anaları tərəfindən sevilənlərin dinini dəyişməkdən çəkindiyini müşahidə edib. Amma anası ilə soyuq münasibətdə olanların 44%-i başqa dinə keçib.

İranın Rusiyadakı Mədəniyyət Şurasının məlumatına görə, "Xristianların İslama qəbul etməsi nümunəsində dini dəyişikliyin sosial kimliyin transformasiyasına təsiri" adlı araşdırmanın müəllifi Anastasiya Poqontsova hesab edir ki, yeni dini qəbul edənlərin dinlərini dəyişdirməsi, üstün güclərin müdaxiləsi kimi qəbul edilir.

Bu sosioloq yeni dini qəbul edənlərlə müsahibələrinin ümumi xülasəsində deyir: "Xristianlıqdan İslamı qəbul etmiş onlarla yeni müsəlman ruslarla ciddi müsahibələr aparmışam. Fərziyyə ondan ibarət idi ki, dini dəyişmək, dəyər sistemində və özünü tanımada dəyişikliklə birlikdə uzunmüddətli şəxsiyyət dəyişikliyi prosesidir. Nəticələr göstərdi ki, bu insanlar həqiqətən də özlərini kollektiv ideyanın bir hissəsi kimi tanımağa başlayıblar. Onların arasında iman və ədəb qaydalarına riayət də böyük əhəmiyyət kəsb edir."

Qəribədir ki, bütün müsahiblər İslam cəmiyyətinə qoşulmazdan əvvəl özlərini dindar hesab etdiklərini bildiriblər. Onların iman gətirməsində xristian dünyagörüşü xüsusi rol oynamışdır. Bu baxış ilkin dini şüuru formalaşdırmış və onun dini dərk etməsinə əsas olmuşdur. Bir dindən digərinə keçid zamanı onları müşayiət edən emosional fon narahatlıq, etibarsızlıq, özünə şübhə və qorxu kimi təsvir edilə bilər.

Həmçinin məlum olub ki, tövhid, dəyişməzlik, sünnə, universallıq və İslamın qadınlara verdiyi rol onları İslama cəlb edən amillərdir.

Başqa dinə keçiddə intellektual cəhət var. Müsahiblər, İslam ədəbiyyatının onları cəzb etdiyini bildiriblər. İslamı qəbul etdikdən sonra onların müəyyən dini və fəlsəfi mətnlərə marağı qat-qat artmışdır.

İslamı yeni qəbul etmiş müsəlman, yeni dinə bağlılığını gücləndirdikdə İslam cəmiyyətinin həyatında daha fəal iştirak etməyə can atır. Eyni zamanda, keçmiş qeyri-müsəlman dostları ilə münasibətlərini zəiflədir. Bir qayda olaraq, dostlar və tanışlar bu din dəyişikliyini valideynlər və qohumlardan daha az qəbul edirlər.

Çox vaxt Rusiya cəmiyyətində İslamla bağlı mənfi rəyin formalaşması ekstremist təfəkkürün nəticəsidir. Beynəlxalq İslam Terrorizmi kimi yanlış təsəvvürün yayılmasıdır. "Rusiya, müsəlman ölkəsi olacaqmı?", "vahhabi planlarında rus qızları" və s... bu kimi kimi ifadələrdən istifadə edilməsidir.

Dini icma müsəlmanın həyatında mühüm rol oynayır. Dindar müsəlman həmişə ailəni necə idarə edəcəyini bilir. Həmçinin insanlarla necə ünsiyyət qurmalı və müəyyən bir vəziyyətdə necə davranmalı olduğunu bilir. Müsəlmanın dini həyatı İslam prinsiplərinə əsaslanır. Gündəlik həyat sünnədəki (İslam Peyğəmbərinin həyatından nümunələr) göstərişlərdən asılıdır. Görünür, dini sistem, onu yeni qəbul edənlərə öz hərəkətlərinin əhəmiyyətini dərk edə biləcək yeni bir dil verir. Demək olar ki, başqa dinə keçid insana fərdi böhranı gücləndirən mədəni kontekstdən uzaqlaşmağa kömək edir.

4020537

captcha