"İQNA", "Bəvabətul-Əhram"-a istinadən xəbər verir ki, Almaniya polisinin sözçüsü bildirib ki, dünən gecə maskalı şəxslər Leypsiq şəhərinin şərqindəki məscidə hücum ediblər. Onun dörd şüşəsini də sındırıblar.
İlkin nəticələrə görə, Folkmar-Sadrov məhəlləsində yerləşən məscid 100-ə yaxın maskalı qrup tərəfindən zərər görüb.
Həmin şəxslər məscidin yaxınlığındakı zibil qutularını da yandırıblar.
Polis indiyədək 11 nəfəri həbs edib. Hələ daha ətraflı məlumat verilməyib.
4020791