"İQNA", "Şəfəqna"-ya istinadən xəbər verir ki, Ayətullah Sistani, çərşənbə axşamı xərçəng xəstəliyinə tutulmuş bir sıra uşaqla görüşüb. Görüşdə uşaqların ailələri də iştirak edib.
Bu görüşdə ona "Varis" Onkologiya Fondunun fəaliyyəti və xərçəng xəstələrinə göstərdiyi xidmətlər barədə məlumat verilib. Fondun baş direktoru Heydər Həmzə əl-Abidi bu barədə izahat verib.
Görüş zamanı Ayətullah Sistani, məzhəb və etnik mənsubiyyətindən asılı olmayaraq bütün İraq vətəndaşlarına tibbi xidmət göstərdiklərinə görə "Varis" Fondu və Şeyx Əbdül Mehdi Kərbəlayiyə təşəkkür edib.
O, həmçinin xərçəng xəstələrinə göstərdikləri humanitar xidmətlərə görə tibb işçilərinə və tibb bacılarına təşəkkür edib.
Bu görüşdə o, xərçəng xəstəsi olan Cənnat Emad Əbdul-Vahab adlı qızın sözlərini dinləyib. Bu çıxışında o, xəstələrə qulluq sahəsində Ayətullah Sistaniyə və həmçinin Astan Quds Hüseyni-nin ona bağlı mərkəzlərdə bütün müraciət edənlər üçün 20 günlük pulsuz müalicə təmin edən tibbi planına təşəkkür edib.
4020928