IQNA

Putindən Məhəmməd peyğəmbərə (s) qarşı ehtiramsızlığa reaksiya

19:19 - December 24, 2021
Xəbər sayı: 3491435
Rusiya prezidenti Vladimir Putin: "Məhəmməd peyğəmbərin (s) təhqir edilməsi – bu nədir? Bu, yaradıcılıq azadlığıdır? Hesab edirəm ki, yox. Bu, din azadlığının pozulması və İslam dini mənsublarının müqəddəs hislərinin pozulmasıdır."

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən xəbər verir ki, "Hz. Məhəmməd peyğəmbərin (s) təhqir edilməsi yaradıcılıq azadlığı deyil."

Bu sözləri Rusiya prezidenti Vladimir Putin deyib.

“Məhəmməd peyğəmbərin (s) təhqir edilməsi – bu nədir? Bu, yaradıcılıq azadlığıdır? Hesab edirəm ki, yox. Bu, din azadlığının pozulması və İslam dini mənsublarının müqəddəs hislərinin pozulmasıdır”, – deyə o qeyd edib.

O qeyd edib ki, bu cür hallar əks-reaksiyalara səbəb olur və o, misal olaraq “Charlie Hebdo” jurnalının reaksiyasına edilən hücumu göstərib.

captcha