IQNA

İraqlı uşaqlar üçün "Həmd" surəsini qiraətetmə müsabiqəsi keçirilib

14:37 - December 25, 2021
Xəbər sayı: 3491440
Müqəddəs Abbasi Astanı tərəfindən 4-8 yaşlı iraqlı uşaqlar üçün "Həmd" surəsini qiraətetmə müsabiqəsi keçirilib.

"İQNA", "Qaf" Quran Xəbər Agentliyiə istinadən xəbər verir ki, Müqəddəs Abbasi Astanının Quran bölümü, 4-8 yaş arası iraqlı oğlan və qızlar üçün "Əhbabullah" adlı Həmd surəsini qiraətetmə müsabiqəsi keçirdiyini elan edib.

İraqlı uşaqlar qiraət qaydalarına riayət edərək gözəl səslə oxuduqları videonu ad, yaş və yaşadıqları əyalətlə birlikdə Telegram-dakı "@ Alwahda_alqurania" hesabına göndərə bilərlər.

Bu yarışma bu yaş qrupunda olan uşaqların Quran yarışlarında iştirak etməsinin əhəmiyyətinə görə keçirilir.

4023125

captcha