IQNA

Misirli kor qız 18 ayda Quranı bütünlüklə əzbərləyib

9:55 - December 29, 2021
Xəbər sayı: 3491464
Roy əl-Seyyid əl-Mütəvəli görmə qüsuru olmasına baxmayaraq, il yarım ərzində bütün Qurani-Kərimi əzbərləməyi bacarıb. O, misirli Roşandelin 11 yaşlı qızıdır.

"İQNA", " Əl-Yəvmus-sabi"-ə istinadən xəbər verir ki, Roy əl-Seyyid əl-Mütəvəli, Misirin əl-Duxliya əyalətinin Təmi l-Əmdid rayonunun Kəfr Səncab kəndində Əl-Əzhər məktəbinin altıncı sinfində oxuyur. O, kor olmasına baxmayaraq, kənddəki Quran müəllimlərindən olan Şeyx Əl-Əhmədinin yanında il yarıma Qurani-Kərimi bütünlüklə əzbərləməyi bacarıb.

Bu kor Misirli yeniyetmə Quranı əzbərləmə üsulu haqqında belə deyir: "Mobil telefonumda olan Quran proqramı vasitəsilə Quran ayələrini dinləyir və əzbərləyirdim. Bununla belə, dərslərimdə də irəliləyiş əldə etdim."

4023688

captcha