"İQNA", "Əl-Xəlic"-ə istinadən xəbər verir ki, Dubay Beynəlxalq Qurani-Kərim Mükafatı, bu həftə Dubay İslah Müəssisələri və Həbsxanalarında 2021-ci ildə Qurani-Kərim Hifzi Kursunun dördüncü buraxılışını keçirib.
Bu dövrənin sınaqlarında müxtəlif bölmələrdə 116 kişi və qadın məhbus iştirak edib. BƏƏ-nin baş naziri və Dubayın hökmdarı Şeyx Məhəmməd ibn Rəşid Əl Məktumun əmri ilə ən yüksək səviyyəli iştirakçıların cəzaları yüngülləşdiriləcək.
Sərəncama əsasən, Quranı bütövlükdə əzbərləyən məhbuslar cəzalarında 20 il azalma alacaqlar. 20 cüz əzbərləyən məhbuslar 15 il, 15 cüz əzbərləyən məhbuslar isə cəzalarında 10 il azalma alacaqlar.
Həmçinin Quranın 10 cüzünü əzbərləyənlərin cəzası 5 il azalacaq. Habelə Quranın 5 cüzünü əzbərləyənlərin 1il, 3 cüzünü əzbərləyənlərin isə 6 ay cəzaları azalacaq.
4024169