IQNA

Livanda "İsa Peyğəmbər" (ə) Quran kursu keçirilib

9:57 - December 29, 2021
Xəbər sayı: 3491466
Livanın Hidayət və İrşad Quran Dərnəyi, Livanın Bəəlbək şəhərində Həzrət Şeysə (ə) nisbət verilən hərəmdə Həzrət İsanın (ə) mövludu münasibəti ilə oğlanlar üçün Qurani-Kərimin əzbərlənməsi üzrə təlim kursunun keçirildiyini elan edib.

"İQNA", Beyrutdan xəbər verir ki, Livanın Hidayət və İrşad Quran Dərnəyi, Şeys Nəbi qəsəbəsində İmam Mehdi (əc) Mədəniyyət İşləri İdarəsi ilə əməkdaşlıq edərək "İsa Peyğəmbər (s)" adlı yeni Quran kursunun açılışını edib.

Bu Quran təlim kursu Qurani-Kərimin iki cüzünü əzbərləməkdən ibarətdir.

Hidayət və İrşad Quran Dərnəyi, təxminən bir ay əvvəl Livanda Şeys Nəbi (ə) qəsəbəsində "Rəhmət Peyğəmbəri (s)", adlı Quran tilavəti təlimi kursunun açılışını etmişdi.

Həzrət Şeys (ə) Həzrət Adəmin (ə) vəsisi və oğludur. Onun adı Quranda çəkilmir, lakin Tövratda və Luqa İncilində onun adı çəkilir.

4024137

captcha