"İQNA", "Sədyul-Bələd"-ə istinadən xəbər verir ki, bu müsabiqənin sponsoru Misir Məclisinin üzvü, Əl-Vəfd partiyasının vitse-prezidenti Xalid Qəndil olacaq.
2022-ci il yanvarın 1-dən 15-dək maraqlananların öz qiraət video fayllarını Xalid Qəndalın Facebook-dakı hesabına göndərmək imkanları var.
Qiraət ustadlarından ibarət ekspert münsiflər heyəti iştirakçıların təqdim etdiyi faylları qiymətləndirəcək. Bu yarışların qalibləri 31 yanvarda hakimlər komitəsinin üzvlərinin iştirakı ilə keçiriləcək böyük bir mərasimdə mükafatlarla təltif olunacaqlar.
Bu yarışlar, Quran tilavəti sahəsində müxtəlif yaş qruplarında misirli istedadların üzə çıxarılması məqsədi ilə dörd qiraət, təcvid, məddahlıq və azan üzrə keçiriləcək.
4024923