IQNA

Almaniyada müsəlmanların sayı əhəmiyyətli dərəcədə artıb

11:52 - January 02, 2022
Xəbər sayı: 3491492
Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin araşdırması bu ölkədə müsəlmanların sayında ciddi artım olduğunu göstərir.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, Almaniyanın Miqrasiya və Qaçqınlarla İş üzrə Federal İdarəsi ötən il apardığı araşdırmaya əsasən, bildirib ki, son bir neçə ildə Almaniyada müsəlmanların sayında əhəmiyyətli dərəcədə artım olub. Beləliklə, ötən il müsəlmanların sayı 5,6 milyon nəfərə çatıb.

Araşdırmaya görə, hazırda Almaniyada 5,3-5,6 milyon müsəlman yaşayır. Bu say, bu ölkənin ümumi əhalisinin 6,4-6,7%-nə bərabərdir. 2015-ci ildə aparılan son araşdırmanın nəticələri ilə müqayisədə müsəlmanların sayı təxminən 900 min nəfər artıb.

Bu müsəlmanların 2,5 milyonu türk əsillidir. Araşdırmada həmçinin 1,5 milyon alman müsəlmanının ərəb ölkələrindən ölkəyə köçdüyü məlum olub. Onların 19%-i Yaxın Şərqdən, 8%-i isə Şimali Afrikadan Almaniyaya köçüb.

Son illərdə İslamı qəbul edən almanların sayı da artıb.

4025264

 

captcha