"İQNA", xəbər verir ki, bu vebinar İQNA Xəbər Agentliyi, Əz-Zəhra (s) Universitetinin "Cihade-daneşgahi"si (universitet cihadı), Mədəni Əməkdaşlıq Ümumi Müdirliyi və İslam Mədəniyyəti və Rabitə Təşkilatı ilə birgə 10 yanvar 2022-ci il tarixində Tehran vaxtı ilə saat 15-16 arasında"İQNA"nın Mubin studiyasında keçiriləcək.
İslami məsələlər üzrə tədqiqatçı və mühazirəçi, Londonda "Ləbbeykə ya Zəhra (s)" Təşkilatının qurucusu Seyyidə Ümmü Fərvə Nəqəvi, Əz-Zəhra (s) Universitetinin Sosial və İqtisadi Elmlər institunun Qadın və Ailə Araşdırmaları kafedrasının dosenti Əfsanə Təvəssuli və Tehran Universitetinin İslam Təhsili və Düşüncə institunun ustadı Həkimə Səqqa Biriya bu vebinarda çıxış edəcəklər.
Bu vebinar Skype-da ingilis dilində keçiriləcək. Maraqlananlar elan edilən vaxtda "https://join.skype.com/EwqkuKA4OebN" linkinə daxil olaraq "Qərbdə müsəlman qadınların və İslam ailəsinin problemləri" adlı toplantıda müzakirə olunan mövzulardan bəhrələnə bilərlər.
İndiyədək İQNA-da "İslam düşüncəsində sülh və xeyirxahlıq ideyası", "Müasir dünyada islami həyat tərzinin problemləri" və "Afrika ölkələrində Quran, qiraət və təcvidin yeri" adlı üç vebinar keçirilib.
4027180