IQNA

Fransa müsəlmanları Fransanın Aİ-yə sədrliyindən narahatdırlar

16:36 - January 11, 2022
Xəbər sayı: 3491547
Fransa müsəlmanları qorxurlar ki, Avropa Birliyinə sədrliyi ilə bu qurumun rəsmilərinin anti-İslam siyasi danışıqları Aİ siyasətlərinə təsir edəcək.

"İQNA", "Qardiyən"-ə istinadən xəbər verir ki, Fransa növbəti altı ay ərzində Avropa Birliyinə sədrlik edəcək. Emmanuel Makron şübhəsiz, bu fürsətdən istifadə edərək Avropanı dünyada daha çox öz "strateji muxtariyyət" hədəfinə doğru sövq edəcək.

Bir çox avropalı müsəlmanlar başqa bir səbəbdən Fransanın Aİ-də mövcudluğundan narahatdırlar. Onlar qorxurlar ki, Fransa müsəlmanlarına qarşı bölücü siyasi danışığı Aİ-nin siyasətinə təhlükəli təsir göstərə bilər.

Fransanın seçki kampaniyası əsasən bu bölmənin Fransadakı müsəlmanlara qarşı sərbəst hücumlara açıq olması deməkdir. Seçkilərdə yenidən qalib gələcəyi gözlənilən Makronun özü də İslam əleyhinə siyasət dalğası həyata keçirir.

Əsas qorxu Fransanın Avropada daha sərt addımlar atmaq üçün Aİ sədrliyindən istifadə etməsidir.

4027691

captcha