IQNA

Ər-Riyadda Quran sərgisi açılıb

14:29 - January 15, 2022
Xəbər sayı: 3491569
Səudiyyə Ərəbistanının İslam İşləri Nazirliyi bu nazirliyin Ər-Riyaddakı qərargahında "Əl-Müşhəfuş-Şərif" adlı sərginin yaradıldığını elan edib.

"İQNA", "Əs-səbəq"-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının İslam İşləri və Təbliğat Nazirliyi, Kral Fəhd Qurani-Kərim Nəşriyyat Dərnəyi ilə əməkdaşlıq çərçivəsində Ər-Riyadda Qurani-Kərimin böyük sərgisini təşkil edib.

Sərginin açılışı cümə axşamı, yanvarın 13-də Səudiyyə Ərəbistanının İslam işləri üzrə naziri Əbdül-Lətif Əl-Şeyx tərəfindən nazirliyin qərargahında olub. Bu sərgi, 10 gün ərzində 16:30-dan 22:30-a qədər ictimaiyyət üçün açıqdır. Bu sərginin açılmasında məqsəd Səudiyyə Ərəbistanının Qurani-Kərimin nəşri və çapı sahəsində göstərdiyi səylər və xalqın Qurani-Kərimlə sıx əlaqəsi haqqında məlumat verməkdir.

Sərgidə Suriya və Misir kimi digər ölkələrdən də nümayəndələr iştirak edir.

4028625

captcha