IQNA

Anti-islam tvitləri aşkar olduqdan sonra istefa verib

9:53 - January 16, 2022
Xəbər sayı: 3491572
London Şəhər Şurasının üzvü müsəlmanları ələ salan tvitlər paylaşdıqdan sonra istefa verməyə məcbur olub.

"İQNA", "İndependent"-ə istinadən xəbər verir ki, Filip Normal, 2020-2021-ci illər arasında Londonun cənubundakı Lambes şəhərinin meri idi. O, bu yaxınlarda sosial şəbəkələrdə açıqladığı bir sıra paylaşımlarında yazıb: "Niyə bəzi müsəlman qadınlar pinqvinlər kimi yeriyir?"

O, britaniya İşçi Partiyasının üzvü idi. O, tvitlərinin aşkar olmasından sonra şəhər şurasından istefa verməyə məcbur olub.

Lambes şəhərinin keçmiş meri mesajlara görə "çox təəssüfləndiyini" söyləyib. O, əlavə edib ki, bu Rayon Şurasının üzvü və Lambes şəhərinin meri olmaqdan qürur duyur.

2011 və 2015-ci illərə aid tvitlər çərşənbə günü yenidən dərc edildikdə, Normal deyib: "Bu mesajlar mən işçi Partiyasına qoşulmazdan əvvəl yazılmışdı."

4028533

 

captcha