"İQNA", "TRT"-nin Ərəb bölümünə istinadən xəbər verir ki, Polis hadisənin qəsdən törədildiyini və təxribat ola biləcəyini bildirir.
Polisin verdiyi məlumata görə, şənbə günü yerli vaxtla saat 23:00-da Chemnitzdəki Əl-Fatih məscidində yanğın baş verib.
Əl-Fatih Məscidinin Dərnəyinin rəhbəri Ənis Sezgi deyib ki, bu məscid hazırda yanğın nəticəsində bağlıdır. Yanğının dəqiq səbəbi hələlik məlum deyil.
O, xatırladıb ki, zaman-zaman məscidin poçt qutusuna təhdid məktubları atılırdı.
4029127