"İQNA", "Əd-Düstur"-a istinadən xəbər verir ki, Qurana hörmətlə bağlı milli plan 16 dekabrdan İordaniyanın Vəqflər, İslam Məsələləri Naziri Məhəmməd Əl-Xəlailinin və bu ölkənin Vəqflərinin baş katibi Abdullah Əl-Əqilin göstərişi ilə müxtəlif əyalətlərdə həyata keçirilib.
İordaniyanın İclun əyalətinin vəqflər üzrə direktoru Əhməd Mahmud Əl-Samadi deyib ki, bu layihənin ikinci mərhələsi İclun əyalətində tamamlanıb.
O, bildirib ki, bu layihənin məqsədi köhnəlmiş Qurani-Kərimləri toplamaq və zədələnmiş nüsxələri bərpa etməkdir.
4029857