"İQNA", "Əş-Şərq"-ə istinadən xəbər verir ki, Übeydə əl-Bənəki, 30-cu Doha Beynəlxalq Ərəb Xəttatlığı Kitab Sərgisi çərçivəsində keçirilən görüşdə Qətər milli Qurani-Kərimin yazılması prosesinə toxunaraq deyib: "Qətərin Vəqflər və İslam İşləri Nazirliyi milli Quran xəttatlığını seçmək üçün müsabiqə keçirib. Burada dünyanın hər yerindən 120 xəttat iştirak edib."
O, əlavə edib ki, əvvəlcə bizdən Qurandan 5 səhifəni yazmağı tələb etdilər. Daha sonra hakimlər bu xəttatların yazılarına baxdı və 7 xəttat qalib gəldi. Sonra Qurandan bir neçə hissə yazmaq üçün növbəti müsabiqə keçirildi və Allaha şükürlər olsun ki, seçildim.
O, həmçinin deyib ki, Milli Quranın yazılması üç ildən çox vaxt apardı. Əvvəlcə təcrübə kimi onu qələmlə yazdım. Sonra tam olaraq yazdım. 4030478