"İQNA", "TRT"-nin Ərəb bölümünə istinadən xəbər verir ki, Ötən ilin yayında Türkiyə Diyanət Vəqfi Təşkilatının rəhbəri 81 vilayətdə Qurani-Kərimin əzbərlənməsi üçün fasiləsiz üzbəüz təlimlərə başlanıldığını bildirmişdi.
Bu proqramda 6839 müəllim və 71437 könüllünün iştirakı ilə 1679 Quran kursu keçirilib. Türkiyə Diyanət Vəqfləri Təşkilatının verdiyi məlumata görə, ötən ilin ilk aylarında 12 min insan Qurani-Kərimi əzbərləyib.
Türkiyə Diyanət Təşkilatının rəhbəri Əli Ərbaşın sözlərinə görə, Türkiyə üzrə 200 minə yaxın insan Quranı əzbərləmək üçün qurumdan icazə alıb. Quran hifzi kurslarında 80 minə yaxın insan da iştirak edir.
4030835