IQNA

Yeni müsəlman olmuş ingiltərəli qız Fatimə adını seçib

14:53 - January 26, 2022
Xəbər sayı: 3491633
Bir il əvvəl İslamı qəbul etmiş 22 yaşlı İngilis qız Qabriella, Londonda Britaniya İslam Mərkəzində keçirilən mərasimdə bundan sonra Fatimə adını daşıdığı üçün fəxr etdiyini açıqlayıb.

"İQNA", xəbər verir ki, 23 yanvar 2022-ci ildə Həzrət Fatimənin (s) mövludu münasibəti ilə İngiltərə İslam Mərkəzində Londonda yaşayan şiələrin iştirakı ilə tədbir keçirilib. Yeni müsəlman olmuş Qabriella, Həzrət Zəhranın (s) onun həyatının nümunəsi olduğunu bildirib.

O, çıxışının sonunda Fatimə adını seçdiyini və bununla fəxr etdiyimi bildirəndə iştirakçılar onu alqışlayıblar.

4031350

Teqlər: müsəlman ، fatimə ، ingiltərə ، İslam ، london
captcha