IQNA

Bişkekin Mərkəzi Məscidi Osmanlı üslubunda tikilib

20:58 - January 26, 2022
Xəbər sayı: 3491634
İmam Sərəxsi məscidi Bişkekin yeni mərkəzi məsciddir. 25 milyon dollar dəyərində olan bu məscidin inşası altı il çəkib.

"İQNA", xəbər verir ki, 1990-cı ildə Qırğızıstanda cəmi 40 məscid var idi. Amma indi bu ölkədə məscidlərin sayı artıb. İndi 2600-dən çox məscid var ki, onlardan biri Bişkek Mərkəzi Məscidi və ya İmam Sərəxsi məscididir.

 Bu məscid Türkiyə tərəfindən 25 milyon dollara tikilib. Bu məscidin inşası altı il çəkib. Bu məscidin sahəsi 3,5 hektardır. Onun hər minarəsinin hündürlüyü 70 metrdir.

Bişkekin İmam Sərəxsi məscidinin Orta Asiyanın ən böyük məscidi olduğu bildirilir. Bu məscidin tutumu 28 min nəfərdir. Bu məscid Osmanlı memarlığı üslubunda tikilib və İstanbulun Göy Məscidinə bənzəyir.

4031315

captcha