IQNA

Əzbərləməyi asanlaşdırmaq məqsədi ilə yeni Quran proqramı hazırlanıb

15:52 - January 27, 2022
Xəbər sayı: 3491639
Həzrət Abbasın (ə) müqəddəs hərəminin Qadın Dini Rəhbərliyinin Quran Bölməsi Qurani-Kərimi əzbərləməyə kömək etmək məqsədi ilə "Təratilun-Nur" adlı unikal Quran proqramının dizayn və təqdimatını elan edib.

"İQNA", "Əl-Kəfil"-ə istinadən xəbər verir ki, Həzrət Abbasın (ə) hərəminin Quran bölməsinin rəhbəri Fatimə Seyyid Abbas Əl-Musəvi deyib: Bu proqram Qurani-Kərimi oxumaq və anlamaq üçün kiberməkandan istifadə etmək məqsədi ilə bu bölmə tərəfindən hazırlanmış bir neçə Quran proqramından biridir.

O, bildirib ki, bu proqram təminatının ilkin ideyası Quran bölməsinin ixtisaslaşmış komitəsi tərəfindən irəli sürülüb. Əl-Kəfil İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları da onu tərtib ediblər.

Əl-Musəvi qeyd edib ki, bu proqram təminatı aşağıdakı ünvanda mövcuddur və Play Store vasitəsilə əldə edilə bilər.

https://play.google.com/store/apps/details?id=iq.alkafee.trateelalnoor

O, "Təratilun-Nur" proqramının Həzrəti Fatimənin (s) mövludu münasibəti ilə buraxıldığını bildirib. O, bu proqramın hər kəs üçün Qurani-Kərimin əzbərlənməsini asanlaşdırmaqda faydalı olacağına ümidvar olduğunu bildirib.

Bu proqramın ən mühüm xüsusiyyətlərindən biri də Qurani-Kərimin tədricən əzbərlənməsi üçün cədvəl və siyahıların, əzbərlənmiş ayələrin xatırlanması üçün şəraitin olmasıdır. Bu, həm də istifadəçinin müvəffəqiyyət dərəcəsini qiymətləndirmək, onun zəif tərəflərini göstərmək və bu zəifliklərin aradan qaldırılması üçün təkliflər vermək mexanizmidir.

Bu proqramda ayələri əzbərləmə sahəsində 3600 üç seçimli sual da var. Həmçinin Qurani-Kərimin əzbərlənməsinin məlumat və qaydaları ilə bağlı istifadəçilərin ayələri daha yaxşı əzbərləməsinə kömək edən digər suallar da var.

4031410

Teqlər: quran ، proqram ، əzbərləmək ، dizayn ، qayda
captcha