IQNA

Kanadada islamofobiya ilə milli mübarizə günü təyin edilib

21:47 - February 01, 2022
Xəbər sayı: 3491669
Əl-Əzhər Nəzarətçi Təşkilatı Kanada hökumətinin yanvarın 29-nu İslamofobiya ilə Milli Mübarizə Günü kimi qeyd etmək qərarını yüksək qiymətləndirib.

"İQNA", "Əl-Vifd"-ə istinadən xəbər verir ki, bu nəzarətçi təşkilat, Kanada hökumətinin 2017-ci il yanvarın 29-da Kvebek Böyük Məscidində törədilmiş terror aktının qurbanlarının beşinci ildönümündə qəbul etdiyi bu qərarını yüksək qiymətləndirib. Həmin vaxt hücumda 6 nəfər həlak olmuş, onlarla dindar yaralanmışdı.

Hücumun ildönümündə Kanadanın baş naziri Kanadada anti-İslam hərəkətlərini pisləyib. Həmçinin Kanada hökumətinin yanvarın 29-nu İslamofobiya ilə Milli Mübarizə Günü kimi qeyd etmək qərarını açıqlayıb.

Ekstremizmlə Mübarizə üçün Əl-Əzhər Nəzarətçi Təşkilatı, Kanada hökumətinin İslam və müsəlmanlara qarşı düşmənçiliyi cilovlamaq səylərini yüksək qiymətləndirib. Habelə bu düşmənçiliyi irqçilik və ayrı-seçkiliyin bir forması və ekstremizm və terrorizm faktoru kimi qiymətləndirib.

Nəzarətçi təşkilat digər Qərb ölkələrinin də islamafobiya ilə mübarizədə Kanada hökumətinin addımlarını izləməsinin vacibliyini vurğulayıb. Həmçinin qeyd edib ki, bu hadisə cəmiyyətlərin birliyinə mənfi təsir göstərir və cəmiyyətlərin dağılmasına səbəb ola bilər.

4032805

captcha