IQNA

Misirin Port Səid şəhərində Beynəlxalq Quran Müsabiqəsi başlanacaq

23:43 - February 05, 2022
Xəbər sayı: 3491688
Misirin Port-Səid əyalətində beşinci dəfə keçirilən Qurani-Kərimin Hifzi və Dini surud üzrə Beynəlxalq Müsabiqəsi fevralın 18-də Misirin baş naziri Mustafa Mədbulinin iştirakı ilə açılacaq.

İQNA", "Əd-Düstur"-a istinadən xəbər verir ki, Port Səid qubernatoru general-mayor Adil Qəzban Qubernatorluğun bu beynəlxalq yarış üçün bütün hazırlıqlarını başa çatdırdığını elan edib. İştirakçı ölkələrin sayı  ərəb, Afrika, Avropa, həmçinin ABŞ və Kanadadan olan 66 ölkədir.

Bu müsabiqə, Misirin Port-Səid əyalətində beşinci dəfə keçiriləcək. Bu müsabiqə Qurani-Kərimin Hifzi və Dini sürud üzrə olacaq.

Bu yarışmanın açılış mərasimi fevralın 18-i cümə axşamı günü olacaq. Bu yarışda Misirin vəqflər, gənclər və idman nazirlərinin və böyük alimlərin iştirakı gözlənilir. Yarışlar fevralın 22-si çərşənbə axşamına kimi davam edəcək.

4033784

 

Teqlər: misir ، quran ، müsabiqə ، hifz ، beynəlxalq
captcha