IQNA

Bu gün İslam İnqilabının qələbəsinin ildönümü günüdür

14:15 - February 11, 2022
Xəbər sayı: 3491723
22 bəhmən( 11 fevral) İmam Xomeyninin(r.ə) rəhbərliyi altında İran xalqının islami hərəkatının qələbə çaldığı gündür

1979-cu il fevralın 11-də İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin(r.ə) 14 illik sürgündən sonra vətənə qayıtmasından sadəcə 10 günlük fasilə ilə, şahlıq rejimi həmişəlik olaraq tarixin zibilliyinə tullandı.

1979-cu il fevralın 11-də İran xalqının mübarizələri artıq səmər verdi  və Pəhləvi şahlıq rejiminin 57 illik zülmünə son qoyuldu və və müasir dünyada ilk dəfə olaraq  İranda vilayəti fəqih məfkurəsi əsasında islam dininin qanunları çərçivəsində siyasi quruluşun yaradılmasına başlanıldı.

Məhz buna görə də 22 bəhmən(11 fevral) İran xalqının siyasi-ictimai tarixində ən əlamətdar gün olaraq xalqın ürəyində və yaddaşında yaşadılır.

kod

İslam inqilabının qələbəsindən 50 gün sonra keçirilən referendum nəticəsində xalqın səsi ilə İran İslam Respublikası təsis edildi.

SəhərAzəri Televiziya kanalı islam inqilabının qələbəsinin ildönümü günü münasibəti ilə dünyanın bütün azadlıqsevər xalqlarını təbrik edir.

 

captcha