IQNA

Amazon tipli halal onlayn mağazanın açılışı olacaq

10:45 - February 13, 2022
Xəbər sayı: 3491732
Tezliklə Böyük Britaniyada Amazondan ilhamlanan halal məhsullar satacaq onlayn mağaza istifadəyə veriləcək.

"İQNA", "Salam Gateway"-a istinadən xəbər verir ki, bu platforma Halal.co.uk adlanır və özəldir. Satıcıları birbaşa hədəf auditoriyaya birləşdirərək islami məhsul və xidmətlər üçün Amazon tərzi bazarına çevrilmək niyyətindədir.

Halal.co.uk ofisi Peterboroughda yerləşir.

Halal.co.uk brendinin sahibi və strateqi Aaron Henderson deyib ki, platformamız təkcə məhsullar üçün deyil, həm də mühasiblər, maliyyələşdirmə, hüquqşünaslar və hətta turizm kimi xidmətlər üçündür. Aşağıdakı kateqoriyalar üzrə məhsullar təklif edirik:

Qida və İçəcək, Səyahət, Peşəkar Xidmətlər, Kitablar, Təhsil, Ev, Elektron əşyalar, Gündəlik Geyim, Sağlamlıq və Gözəllik.

Henderson bildirib ki, halal məhsullarla yanaşı, platforma etik karyeralar üçün məkan yaratmaq və qadın sahibkarlara dəstək olmaq məqsədi daşıyır.

4035438

captcha