IQNA

Yunanıstanda "İslami Hicab və Moda"nın tanıtımı

22:27 - February 13, 2022
Xəbər sayı: 3491734
Yunanıstanda İran Mədəniyyət Şurası tərəfindən istifadəyə verilən “İran Mədəniyyəti”nin İranşünaslıq məlumat bazasında hicab və İslam modası təqdim edilib.

"İQNA", xəbər verir ki, "iranculture.gr" adlı bu internet saytı müasir İranın cəmiyyətini və mədəniyyətini yunan auditoriyasına yunan dilində tanıtmaq məqsədilə açılmışdır.

İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatının məlumatına görə, müasir dizayn, istifadə rahatlığı, vizual cəlbedicilik, cəlbedici şəkillər və videolardan istifadə bu saytın digər xüsusiyyətləridir.

Bu saytın kitabxana bölməsində İran mövzusunda və yunan dilində 20-dən çox kitab var. Gələcəkdə bu bölməyə ingilisdilli kitablar əlavə olunacaq. Fars dilinin tədrisi bölməsində İranın Yunanıstandakı Mədəniyyət Müşavirinin hazırladığı 250 dəqiqədən çox maarifləndirici videolar yüklənib.

Mövcud məlumat və resurslarla yanaşı, bu ilin əvvəlindən bu saytla bağlı 800-ə yaxın səhifə yunan dilinə tərcümə edilib, redaktə edilib və saytda yerləşdirilib.

4035790

Teqlər: yunanistan ، İslam ، hicab ، mədəniyyət ، moda
captcha