IQNA

Nəcəf Əşrəfdə nəfis əsərlər və əlyazmaların sərgisi açılıb

10:48 - February 16, 2022
Xəbər sayı: 3491751
Müqəddəs Ələvi Astanının Mədəniyyət İşləri İdarəsi, İmam Əlinin (ə) mübarək mövludu ilə eyni vaxtda o həzərətin hərəmində nəfis əsərlər və əlyazmalardan ibarət sərgi açıb.

"İQNA", "İmam Əli (ə) Şəbəkəsi"-nə istinadən xəbər verir ki, Müqəddəs Ələvi Astanının baş katibi Seyyid İsa Əl-Xursan, müavini və idarə heyətinin üzvləri və bu Astanın rəsmiləri ilə birlikdə bazar günü nadir əsərlərdən və əlyazmalardan ibarət sərgini açıblar.

Astan Ələvi Mədəniyyət İşləri İdarəsinin rəhbəri Şeyx Əbdül-Sadə Əl-Cabiri bununla bağlı deyib: "Bu sərgidə qədim Quran nüsxələri, başqa yerdə tapılmayan kitablar və əlyazmalar, mühüm və tarixi nəfis əşyalar sərgilənir.

O, bildirib ki, bu qədim əsərlərin xüsusiyyətlərindən biri də onların İslamın ilk əsrlərinə aid olmasıdır. Bu sərgidəki bəzi əlyazmalarda müəlliflərinin öz əlləri ilə yazdıqları annotasiyaları da var.

Necef’te enfes eserler ve elyazmaları sergisi açıldı

4036413

captcha