IQNA

Ekstremist ideyalarla mübarizə üçün Quranda təfəkkür

22:31 - February 20, 2022
Xəbər sayı: 3491771
Əl-Əzhər Məzunlar Bölməsi, Misirin Əl-Duxliyyə filialı İslam dinini düzgün dərk etmək məqsədi ilə “İfrat düşüncələrlə mübarizə üçün Qurani-Kərimdə təfəkkür” adlı silsilə toplantılar keçirib.

"İQNA", "Sədyul-Bələd"-ə istinadən xəbər verir ki, Əl-Duxliyyə filialında Əl-Əzhər Məzunlar Bölməsinin nəzarətçisi Fatimə Kəşk bu toplantıların keçirilməsi haqqında deyib: "Bu silsilə toplantılar Qurani-Kərim üzərində təfəkkür etmək, Qurani-Kərimin ayə və surələrinin düzgün başa düşülməsini ifadə etmək, eləcə də ayələrin nazil olma səbəblərini başa düşmək və düzgün təfsir etmək məqsədi ilə keçirilib. Bu təfsirlər vasitəsilə ekstremist qrupların Quran ayələrini yanlış təfsir edərək öz zəhərli fikirlərini yaymaq üçün istifadə etdikləri İslami anlayışlar düzəldilir."

Bu toplantıda Əl-Əzhər Universitetinin Qurani-Kərimin Təfsiri və Elmləri üzrə ustadı Məhəmməd Hamid də çıxış edib. O, bildirib ki, "tədəbbür" sözü Qurani-Kərimin müxtəlif yerlərində qeyd olunan kəlamlardan biridir. Bu söz "hər şeyin sonuna çatmaq" deməkdir. Yəni insan Quran ayələri üzərində düşünərək o ayələrin mənasına çatır.

Bu Quran təfsiri ustadı təfəkkürlə təfsir arasındakı fərqi belə ifadə etmişdir: "Tədəbbür ayənin məqsədi üzərində düşünmək və ona diqqət yetirməkdir. Yəni ayənin məqsədi haqqında düşünmək lazımdır. Deməli, təfsir alimləri təfəkkürün vacibliyini dərk etmiş və onu təfsir elminin tərkib hissələrindən hesab etmişlər.

4036857

captcha