"İQNA", "Press TV"-yə istinadən xəbər verir ki, bu yaxınlarda Böyük Britaniyada 2005-ci ildə Londonda törədilən partlayışlardan sonra ilk dəfə təqdim edilən "Prevent" kimi tanınan ekstremizmə qarşı mübarizədə Britaniya hökumətinin çoxmilyonluq strategiyasını qiymətləndirən yeni hesabat dərc olunub.
Britaniya hökuməti strategiyanın tənqidini rədd edərək, planın 2012-ci ildən bəri insanları qoruyan terrorla mübarizə işinin mühüm hissəsi olduğunu iddia edir.
Bir çox insanlar, təkcə ictimai fəallar və insan haqları qrupları deyil, hətta parlament üzvləri və BMT-nin xüsusi məruzəçiləri də bu faktla bağlı tənqid və narahatlıqlarını bildiriblər. Onlar deyiblər ki, bu plan, ekstremizmi dayandırmaq əvəzinə, potensial olaraq onu gücləndirir.
Bu planın qurbanları ayrı-seçkiliyin ən ağır yükünü daşıyan Britaniya müsəlman icmasıdır. Həmçinin valideynlərinin xəbəri olmadan "Prevent" planının əməkdaşları tərəfindən dindirilənlər bəzən uşaqlardır.