IQNA

Moskvanın ən qədim məscidində İslam mədəniyyəti və incəsənətinin təzahürü

9:44 - February 21, 2022
Xəbər sayı: 3491777
Rusiyada 7000-dən çox məscid var. Onların bəziləri çox qədimi və gözəldir. Bu məscidlər məzhəbi yönü ilə yanaşı, memarlıq və tarixi üslub baxımından da çox dəyərlidirlər.

Rusiya məsələləri üzrə tədqiqatçı və ekspert Cəbrail Nəcəfi İQNA-ya verdiyi eksklüziv qeyddə yazır: "Rusiya Federasiyası görkəmli mədəniyyət, tarixi və dini abidələri olan böyük bir ölkədir. Məscidlər də bu ölkənin mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Rusiyadakı məscidlər hər bir tamaşaçının gözlərini qamaşdıran Avropanın ən möhtəşəm və gözəl məscidlərindən sayılır.

Rusiyada 7000-dən çox məscid var. Ölkə əhalisinin təxminən 20 faizi müsəlmandır. Onların bəziləri çox qədimi və gözəldir. Bu məscidlər məzhəbi yönü ilə yanaşı, memarlıq və tarixi üslub baxımından da çox dəyərlidirlər. Məsələn, Rusiyanın ən böyük məscidi olan Kazandakı "Qol Şərif" məscidi YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxildir. Bu gün "Qol Şərif" məscidi Kazanın turistik və simvolik yerlərindən biridir. Bu gözəl və möhtəşəm məscidə 6000 nəfər sığır. Bu ibadət yerini getdikcə məşhurlaşdıran Rusiyadakı digər məscidlərdən daha çox minarəyə malik olmasıdır.

4037111

captcha