IQNA

İraqda dini tələbələr üçün keçirilən Quran yarışları sona çatıb

11:01 - February 26, 2022
Xəbər sayı: 3491813
Abbasi Astanının Quran İnstitutu Nəcəf Əşrəf filialının təşkilatçılığı ilə dini tələbələr arasında keçirilən Quranın hifzi və qiraəti yarışlarının birinci mərhələsi qaliblərin tanıtdırılması ilə başa çatıb.

"İQNA", "Əl-Kəfil" saytına istinadən xəbər verir ki, Müsabiqədə İraqdan və dünyanın müxtəlif ölkələrindən olan 80 din tələbəsi yarışıb.

Bu müsabiqə dini şəxsiyyətlərin iştirakı ilə sona çatıb.

Abbasi Astanının Quran İnstitutunun Nəcəf filialının direktoru Seyyid Mühənnad əl-Məyali deyib: "Bu yarışlarda Elmi Hövzələrin müxtəlif mərhələlərində olan tələbələr iştirak ediblər. Onlar ekspert münsiflər heyətinin nəzarəti altında Quranın hifzi və qiraəti üzrə iki sahədə yarışıblar.

Mərasimin sonunda müsabiqənin qaliblərinə hədiyyələr və təşəkkür lövhələri, hakim ustadlara isə təşəkkür lövhələri təqdim olunub.

4038509

captcha