IQNA

İraqlı qadınlar üçün 6 yeni Quran kursu keçirilib

9:18 - February 27, 2022
Xəbər sayı: 3491816
Abbasi Astanına bağlı Qadınlar üçün Quran Tədris Mərkəzi 111 qadın Quran tələbəsi üçün 6 yeni Quran kursu keçirib.

"İQNA", "Əl-Kəfil"-ə istinadən xəbər verir ki, Astan Abbasi təlim kurslarının rəhbəri Məsumə Əl-Kəşmiri deyib: "Biz Nəcəf Əşrəf əyalətinin qadınları üçün virtual olaraq 4 Quran kursuna başladıq, bunlar Bətul, Nurul-Quran, Əl-İstəbrəq və Əl-Fərəşat  kurslarıdır.

O əlavə edib ki, bu 4 kurs 79 qadın Quran tələbəsinin iştirakı ilə keçirilib. Onlar yaşlarına görə yeniyetmələr və böyüklər olmaqla iki qrupa bölünüblər.

Əl-Kəşmiri qeyd edib ki, Qadınlar üçün iki başqa Quran kursu keçirilib. Biri Kərbəla vilayətinin qadınları üçün "Yasubud-Din" adlı kursudur ki, 24 qadın Quran tələbəsi bu kursda iştirak edib. İraqdan xaricdə qadınlar üçün "Qurani-Kərim" adlı başqa bir kurs keçirilib ki, bu kursda 8 qadın Quran tələbəsi iştirak edib.

Bu kurslarda qadınlara virtual şəkildə Qurani-Kərimi əzbərləmək, tilavət etmək və təcvid öyrədilir.

4038675

Teqlər: İraq ، qadın ، quran ، kurs ، Tələbə
captcha