IQNA

İmam Hüseynin (ə) hərəmində Quran tilavəti mərasimi təşkil edilib

9:13 - April 06, 2022
Xəbər sayı: 3492020
Müqəddəs Hüseyni Astanının Darül-Quranı tərəfindən Qurani-Kərimin nazil olduğu ayda İmam Hüseynin (ə) hərəmində Qurani-Kərimin tilavəti mərasimi keçiriləcək.

"İQNA", xəbər verir ki, Mübarək Ramazan ayının gəlişi münasibəti ilə Müqəddəs Hüseyni Astanının Darül-Quranının səyi ilə müqəddəs hərəmdə bu mübarək ay bitənə qədər hər gün Qurani-Kərimlə üns mərasimi təşkil olunacaq.

Çoxlu sayda oruc tutan zəvvarların iştirakı ilə Quran tilavətinin nurani mərasimi İmam Hüseynin (ə) müqəddəs hərəmində keçiriləcək. Bu mərasim Müqəddəs Hüseyni Astanının peyk şəbəkəsi vasitəsilə də maraqlananlar üçün yayımlanacaq.

4046825

Teqlər: imam hüseyn ، hərəm ، quran ، tilavət ، mərasim
captcha