Beynəlxalq Əl-Mustafa (s) Universitetinin elmi heyətinin üzvü Məhəmməd Əli Mirzai, İQNA-nın "Ayələr və Həyat" mövzusunda hazırladığı mühazirələr silsiləsinin dördüncü hissəsində Quranın ayələrinə əsasən, Qiyamətə inanmağın dəyəri barədə danışıb.
Mütəal Allah "Bəqərə" surəsinin 46-cı ayəsində buyurur: "O kəslər ki, Rəbbi ilə qarşılaşacaqlarını və Ona tərəf qayıdacaqlarını bilirlər".
Həqiqətdə, bu ayə Bəni-İsrail hekayəsini və bu qəribə əhvalatdan çıxarılan böyük ibrətləri izah edən və Rəbbə qovuşmaq inancından bəhs edən ayələrdən əvvəl nazil olmuşdur.
İnsanın Məada inanması və məsuliyyət daşıması onun səhv yoldan qayıtmasına kifayət edir. Çünki Məada inam düşüncəsi çəkindirici bir düşüncədir. Məgər insan öz Rəbbinə qovuşacağını güman etmirmi? Bu əhəmiyyətlidir.
4042513