İmam Həsən Müctəba (ə) Həzrət Peyğəmbərin (s) nəvəsi, Əli ibn Əbu Talib (ə) və Fatimənin (ə) ilk övladıdır. Miladi 625-ci ildə ramazan ayının 15-də dünyaya gələn o, Peyğəmbərin (s) həyatının yeddi ilində o həzrətlə birlikdə olub. Peyğəmbərin (s) vəfatından sonra bütün hadisələrdə atasının yanında olub. İmam Əlinin (ə) şəhadətindən sonra xalq onun canişini olaraq Həsən İbn Əliyə (ə) beyət etdi.
Həsən ibn Əli (ə) İslam Peyğəmbəri (s) və Əli ibn Əbi Talibdən (ə) tərbiyə almışdır. O, bütün həyatı boyu cəmiyyətin problemlərinə diqqət yetirmişdir. Bütün malını ən azı iki dəfə ehtiyacı olanlara verdi. üç dəfə var-dövlətinin yarısını yoxsullar arasında bölüşdürdü. Onun Peyğəmbərin (s) təliminə əsasən, dünya və onun hadisələri haqqında dərin və ilahi baxışı var idi. Belə bir baxışla məşəqqət və problemlər də mərhəmətli Allahın insanın qəlbini və ruhunu saflaşdırmaq üçün bəxş etdiyi bir hədiyyə kimi başa düşülür. Bu səbəbdən, insan mənəvi gücünün problemlərlə qarşısısnın alınmasına heç vaxt icazə verməz. Daha doğrusu, istənilən vəziyyətdə gücünü qoruyub saxlayır, hətta əzabların ağırlığı onun mənəvi nemətlərinin artmasına səbəb olur.
İmam Həsəndən (ə) rəvayət edilmişdir ki, insan sıxıntı və problem anında Allahı yanında görür. Çünki ümidsizlərin yeganə ümidi Allahdır. O, Allahı belə vəsf etmişdir: "
"O bir kəsdir ki, ehtiyac və sıxıntı anında, insanın ümidi bütün qüvvələrdən puç olanda və əli Allahdan başqa hər şeydən kəsildikdə ona sığınır." (İmam Həsənin (ə) Müsnədi).
Başqa sözlə, kimsə onlardan Allahı vəsf etmələrini istədikdə belə deyir: "Hər bir həmd və şükür yalnız nə başlanğıcı, nə də sonu olmayan Allaha məxsusdur. Əvvəlcədən başa düşülmür və heç bir məhdudiyyət yoxudur. Ağıl və təsəvvürlərə sığmaz və insanın ağlı Onun tutumuna sahib deyil. Ağıllar Onun vəsfini dərk edə bilmir ki, desinlər nə vaxt olub? O, heç bir şeydən yaranmamışdır. Nə görünən, nə də görünməyəndir. Kainatdan ayrı deyil. O, xalqı yaratdı, ona görə də başladan O oldu. Onun başladığı iş misilsiz idi. İstədiyini etdi. Bu, sizin məbudunuz, mənim və aləmlərin Rəbbidir.
(Şeyx Səduqun Tövhid kitabı)