"İQNA", "TRT" Ərəbcəyə istinadən xəbər verir ki, Fransanın "La Provence" qəzeti Fransanın cənubundakı Eks-en-Provens şəhərində iki məscidin divarlarında İslam və müsəlmanlara qarşı nifrət dolu ifadələr yazıldığını yazıb. Digər tərəfdən, bələdiyyə məclisinin üzvü Sələhuddin Coyle hadisəni pisləyib və onu rüsvayçılıq adlandırıb.
Yerli “La Provence” qəzetinin məlumatına görə, aprelin 25-də gecə saatlarında yazılan yazılar bələdiyyə qrupları tərəfindən silinib.
Faktla bağlı dövlət ittihamçısı araşdırmalara başlayıb.