IQNA

Kazanda İranın tam ipəkdən olan Quran xalçası nümayiş olunacaq

13:01 - May 20, 2022
Xəbər sayı: 3492257
Qurani-Kərimin tam ipək xalçası təbrizli xalçaçılar tərəfindən toxunmuşdur. Bu xalça İranın Rusiyadakı Mədəniyyət Şurasının səyləri ilə İran Mədəniyyət və İncəsənət Günlərində Kazanda nümayiş etdiriləcək.

İQNA, İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatına istinadən xəbər verir ki, İranın Rusiyadakı mədəniyyət müşaviri Məsud Əhmədvənd bu barədə deyib: "Bu sərgi İranın Rusiyadakı Mədəniyyət Şurasının qərarı və Tatarıstan Prezident aparatı və bu respublikanın Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində keçiriləcək. "Kazan Sammiti" Beynəlxalq Zirvə Toplantısının keçirilməsi ilə eyni vaxtda Tatarıstan Respublikasının paytaxtı Kazanda (Kazan) mayın 19-u cümə axşamından etibarən iki ay müddətində İran Mədəniyyət və İncəsənət Günləri keçiriləcək.

Əhmədvənd deyib: "60 günlük İran Mədəniyyət və İncəsənət Günlərinin proqramında İran ədəbiyyatı, incəsənəti və mədəniyyəti haqqında müxtəlif məruzələr və məşğələlər, ölkəmizin nəfis və əl işi xalçalarının sərgisi nümayiş etdiriləcək.

O əlavə edib ki, başqa bir hissədə "Mühafizəçi", "Ayaqqabılarım haradadır?", "Sıfırdan platformaya" və "Dəli sima" kimi müxtəlif İran filmləri bu şəhərin "Mir" kinoteatrının salonunda nümayiş etdiriləcək.

Təbriz İslam İncəsənəti Universitetinin sifarişi ilə Azərbaycan xalçaçıları tərəfindən toxunan Qurani-Kərimin tamamilə ipəkdən olan xalçasının bir neçə səhifəsi bu sərgidə nümayiş olunacaq.

4057859

Teqlər: kazan ، iran ، quran ، xalça ، ipəkdən xalça
captcha