İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının ictimai təhlükəsizlik üzrə rəsmisi briqada-generalı Sami bin Məhəmməd əl-Şuvayreh məlumat verib.
O bildirib ki, ziyarətləri tənzimləyən təlimatların yerinə yetirilməsi məqsədi ilə Məkkə şəhərinə daxil olmaq istəyən bütün əcnəbilər xüsusi icazə almalıdırlar.
Məkkəyə gedən bütün nəzarət-buraxılış məntəqələrində yoxlamalar aparılır.