IQNA

40 min ton zəmzəm suyu Peyğəmbər (s) məscidinə aparılıb

11:00 - June 14, 2022
Xəbər sayı: 3492399
Səudiyyə rəsmiləri builki Həcc ziyarəti zamanı zəvvarların istifadə etməsi üçün Peyğəmbər (s) məscidinə 40 min ton zəmzəm suyunun aparıldığını açıqlayıb.

İQNA, "Əl-yəvmus-sabi"-ə istinadən xəbər verir ki, Məscidül-həram və Məscidün-Nəbi işlərinin rəhbərliyi məlumat verib ki, bu ilin əvvəlindən Məkkədən 40 min tondan çox zəmzəm suyu Həzrət Peyğəmbərin (s) məscidində nəzərdə tutulan mənbələrə köçürülüb.

Səudiyyə rəsmilərinin bildirdiyinə görə, bu su, zəvvarların builki ayinlərdə istifadə edə bilmələri üçün ən yüksək standartlara uyğun daşınıb və saxlanılacaq.

4063856

captcha