IQNA

Norveçdə Qurani-Kərimə yenidən hörmətsizlik edilib

9:57 - July 05, 2022
Xəbər sayı: 3492505
Norveçli fəal müsəlman məhəlləsində Qurani-Kərimin bir nüsxəsini yandırıb, daha sonra polis norveçli fəalı avtomobillə təqib edən müsəlman qadını həbs edib.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, "Norveçin islamlaşmasını dayandırın" adlı hərəkatın lideri Lars Torn paytaxt Oslonun kənarında, böyük müsəlman icmasının yaşadığı məhəllədə Qurani-Kərimin nüsxəsini yandırıb.

Bu mənzərə müsəlmanları qəzəbləndirib. Onlar bir araya toplaşıb etiraz ediblər.

Tornu və adıçəkilən hərəkatın fəallarını avtomobili ilə bir müsəlman qadın təqib edib. Norveç polisi onun qəsdən onların avtomobilinə çırpıldığını iddia edib. Norveçlilərin çəkilişindən görünür ki, bu qadın, fəalları çətin vəziyyətə salmaq niyyətində olub, onların avtomobilini aşırmaq niyyətində olmayıb.

Polis açıqlamasında əlavə edib ki, bu avtomobilin 5 sərnişini yüngül xəsarətlər alıb və onlardan biri xəstəxanaya aparılıb.

4068362

 

captcha