"İQNA", "Əl-Bəyan"-a istinadən xəbər verir ki, Məryəm və Mariya liseyin son imtahanlarında 98,9% nəticə əldə ediblər ki, bu da Quranı əzbərləmək sayəsində olub.
Bu iki bacı Quranı əzbərləməyə uşaqlıqdan başlayıblar. Onlar təhsildəki uğurlarının sirrini Quran tilavətində əzmkar olmalarında görürlər. Onlar ötən il ailənin dəstəyi və təşviqi ilə Qurani-Kərimi bütövlükdə əzbərləməyə nail olublar.
Məryəm və Mariya bildirb ki, heç kim çətinlik yaşamadan uğur qazanmaz. Amma iradəli insan heç vaxt ümidsiz olmaz və məğlubiyyət hiss etməz.
4070313