"İQNA"-nın məlumatına görə, Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi məlumat yayıb ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman bu ölkənin 13 bölgəsində 30 tarixi məscidin yenidən qurulması və bərpasının ikinci mərhələsinin başladığını elan edib. Bu layihənin məqsədi Səudiyyə Ərəbistanının müxtəlif bölgələrində ümumilikdə 130 tarixi məscidi bərpa etməkdir.
Hər bir məscidin orijinal kimliyini qorumaq üçün səudiyyəli mühəndislərin iştirakına xüsusi diqqət yetirilməklə, tarixi binaların yenidən qurulması üzrə ixtisaslaşmış şirkətlər təyin edilib.
4070570