IQNA

Çadda Quranın ənənəvi tədrisi

7:12 - July 14, 2022
Xəbər sayı: 3492550
Səudiyyəli turist Əbdül-Əziz Salamə Çada səfəri zamanı bu ölkədə "Xolva" kimi tanınan ənənəvi Quran hifzi məktəblərində olub və bu barədə video yayımlayıb.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, bu məktəblərdə Əbdül-Əziz Salamə, Qurani-Kərimin yazılması və əzbərlənməsinin sadə və yerli üsulları ilə tanış olub. Həmçinin Quran öyrənənlərlə yaxından ünsiyyətdə olub.

O, Çadın paytaxtı "Əncəmna" şəhərindəki məktəblərin birində oranın şeyxi, müəllimi və Quran öyrənən tələbələrilə söhbət edib.

Salamənin səfəri zamanı məktəbdə iştirak edən ustad şagirdlərə əzbəri öyrətmək üçün istifadə olunan alətləri və bu işin keçmişdə çox yayılmış sadə və ənənəvi üsulunu izah edib.

Bu məktəblərdə şagirdlər Quranı öyrənmək üçün taxta lövhələrdən istifadə edir. Mürəkkəbi yerli ilkin materiallardan hazırlanmış qələmlə lövhəyə Quran yazır və onu əzbərləyir, ayələri silmək üçün sudan istifadə edirlər. Yeni ayələri əzbərləmək üçün yenidən lövhəyə yazırlar.

Mürəkkəb yandırılmış ağacdan alınır, odun kömürünə çevrildikdən sonra üyüdülür və su ilə qarışdırılaraq mürəkkəb yaranır və onunla ayələr yazılır.

Taxta lövhəyə yazı da qarğıdalı sapı, qamış və xəttatlıq üçün uyğun olan digər bitkilərdən hazırlanmış qələmlə aparılır.

4070249

 

captcha