IQNA

Həzrət İbrahimin (ə) on bir xüsusi təsbihi (həmd-sənası)

21:41 - July 20, 2022
Xəbər sayı: 3492586
Ayətullah Seyyid Cəfər Seyyidan Allahı təsbih etməyin vacibliyinə və bununla bağlı hədislərin çoxluğuna işarə edərək, İbrahim peyğəmbərin (ə) xüsusi təsbihləri haqqında bir rəvayəti qeyd etmişdir.

"İQNA"-nın verdiyi məlumata görə, Ayətullah Seyyid Cəfər Seyyidan Quranın təfsirindən danışarkən "Əla" surəsi ilə bağlı bəzi məqamlara toxunub ki, onun bir hissəsini aşağıda oxuya bilərsiniz:

"(Ya Peyğəmbər!) Ən uca olan Rəbbinin adını pak (müqəddəs) tutub şəninə təriflər de!  O Rəbbin ki, (hər şeyi) xəlq etdi və nizama saldı.  O Rəbbin ki, (hər şeyin keyfiyyətini, xüsusiyyətini, davam müddətini) əzəldən müəyyən etdi və (hamıya) yol göstərdi" (Əla, 1-3).

"Əla" surəsinin birinci hissəsində Allahın müqəddəs zatının təsbih olunması məsələsi vurğulanır. Daha sonra Onun bəzi sifətləri qeyd edilir. Ayənin tərcüməsi belədir: "(Ya Peyğəmbər!) Ən uca olan Rəbbinin adını pak (müqəddəs) tutub şəninə təriflər de!". Bu ad Allahın özü deməkdir. Buna görə də bu ayə nazil olanda Peyğəmbər (s) buyurdu: «سبحان ربی الاعلی و بحمده». "Uca Allahım pakdır və Ona həmd olsun".

Təsbih pak bilmək, Allahın müqəddəs zatını hər bir nöqsan və qüsurdan pak bilməkdir. Yəni Allahı hər bir batildən pak bilmək deməkdir. Təsbih o deməkdir ki, onun acizlik, cəhalət və mümkünül-vücud sifətləri yoxdur. O, zəiflik və qüsurlu olmaq kimi bütün sifətlərdən pakdır. Təsbih məsələsi çox vurğulanıb. Bir çox ayələrdə bu məsələyə diqqət yetirilmişdir. Bu məzmunda daxil olan rəvayətlərin sayı çoxdur, ona görə də bir nümunəni qeyd edəcəm.

Digər bir məqam isə odur ki, çox əhəmiyyətli hesab edilən və duaların sirləri adlandırılan dualar çoxlu təsbih və həmd-sənası olan dualardır. "Əəşrat duası" kimi ki, onun vəsfində bəzi ifadələr işlənib ki, ifadəsi həqiqətən çətin və çox təəccüblüdür. Bu dua təsbih və həmdlə doludur.

Hədislərdən bir misal deyirəm: Cənab Zülqərneyn Həzrət İbrahimlə görüşdü və ondan soruşdu ki, ömrünü nə ilə keçirirsən? Yəni həyatında ən vacib şey nə idi? Həzrət İbrahim dedi ki, ömrümü on bir sözlə keçirdim:

"Pakdır o qalıcı ki, fani olmaz. Pakdır o alim ki, unudmur. Pakdır o qoruyucu ki, məğlub olmaz. Pakdır o bəsirətli ki, şəkk etməz. Pakdır o Qəyyum (daima var olan) ki, yatmaz. Pakdır o malik ki, kimsənin hakimiyyətinin altına girməz. Pakdır o qüdrət sahibi ki, məğlub olmaz. Pakdır o ki, qeybdədir və görsənməz. Pakdır o ki, rəhməti genişdir və bunun üçün əziyyətə düşməz. Pakdır o ki, faydasız iş görməz. Pakdır o əbədi olan ki, heç vaxt səhv etməz". Bu sözlərin hamısında "Sübhanəllah" kəlməsi var və hamısı təsbihdir.

4070356

captcha