IQNA

Misir Quran Radiosu məşhur qarilərin 5 nadir qiraətini yayımlayıb

10:29 - August 27, 2022
Xəbər sayı: 3492805
Misir Quran Radiosunun rəhbəri Rza Abdus-Salam Misirin məşhur qarilərinə aid 5 nadir və az tapılan qiraətin ilk dəfə radiodan yayımlanması barədə məlumat verib.

"İQNA", "Əl-Misri Əl-Yəvm" xəbər bürosuna istinadən xəbər verir ki, Rza Əbdüs-Salam Facebook hesabında yazıb: “Misir Quran Radiosunda ilk dəfə olaraq 5 nadir və az tapılan qiraət yayımlanı”.

O, daha sonra Misir Quran Radiosunun koordinasiya şöbəsindəki həmkarlarına bu nadir qiraətləri çıxardıqları üçün təşəkkür edib.

Şeyx Mahmud Əbdül-həkimin “Mümtəhənə və Səff” surələrinin” qiraəti, Şeyx Əbdül-Basit Əbdüs-Səmədin “Nisa” və “Tariq” surələrinin qiraəti, Şeyx Mahmud Əli Əl-Bənnanın "Yusif” surəsinin qiraəti, Menşavinin "Şüəra” surəsinin qiraəti və Şeyx Kamil Əl-Bəhtiminin "Həcc" surəsinin qiraəti ilk dəfə Misirin Quran Radiosunda yayımlanıb.

4080768

captcha