IQNA

500 müsəlman eyni anda Quranı əzbərdən oxudu

18:09 - August 27, 2022
Xəbər sayı: 3492810
Müqəddəs Qurani-Kərimi tam əzbərləmiş 500 kişi və qadın Qəzza sektorunda keçirilən və Quran qiraətinə ithaf edilən böyük tədbirdə iştirak ediblər.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadla xəbər verir ki, bu unikal tədbiri təşkil edən Darul-Quran mərkəzinin başçısı Bilal İmad bildirib ki, bu, bütün dünyanın diqqətini Qəzzanın üzərinə cəmləmək üçün xüsusi bir andır.

Tədbirin məqsədi Quran dəyərləri və prinsiplərinin möhkəmlədilməsidir.

“Biz hər il yüzlərlə müsəlmanın (Quran hafizlərinin) səhərdən axşamadək bütün kitabı (Qurani-Kərimi) oxuduqları bir günü seçirik. Gələn il, inşallah, aksiyada daha da çox insan iştirak edəcək“, – deyə o qeyd edib.

“Biz bütün İslam dünyasının fərqli-fərqli ölkələrindən təşəkkür məktubları almışıq və bu, Quranı-Kərimin müqəddəslik və ucalılığını vurğulayır“, – deyə İmad əlavə edib.

captcha