IQNA

Quranın çətinliklərdən xilas olmaq üçün tövsiyəsi

12:13 - September 04, 2022
Xəbər sayı: 3492860
İnsan nə qədər bacarıqlı və qüdrətli olsa da, o, yenə də fitrətən zəif bir varlıqdır. Elə bir gün yoxdur ki, içərisində və çöldə təbii fəlakət, yer və səmavi afət olmasın. İnsanlar həmişə bu cür sıxıntılarda problemləri aradan qaldırmaq üçün bir gücə sığınmaq istəyir və ya xilas olmaq üçün bir yol axtarırlar.

İnsan çətinlik içində yaradılmışdır və həyatı boyu müxtəlif problemlərlə üzləşir. Problemlərin öhdəsindən gəlmək onu əzabdan qurtara və çətinliklərin ortasında ona qurtuluş yolu göstərə bilər.

İnsanı fövqəladə vəziyyətə salan belə çətin və qaranlıq problemlərdən xilas olmaq üçün yalnız Allahdan kömək istəmək lazımdır: "(Ya Rəsulum!) De: Gizlində (Allaha) dua edib: Əgər bizi suyun və qurunun zülmətindən qurtarsa, əlbəttə, şükür edənlərdən olarıq, -deyə yalvardığınız zaman sizləri bundan xilas edən kimdir?" (Ənam, 63).

Rahatlıq, azadlıq və ehtiyacsızlıq hissi insanın Allaha qarşı etinasızlığının əsasını təşkil edir. Buna görə də, insana ən mərhəmətli və ən mehriban olan Allah azğınlığın təhlükəli nəticələrindən xəbərdar olması üçün insanın yoluna müsibətlər və sıxıntılar çıxarır.

Allah belə fövqəladə vəziyyətdə olan sıxıntılı insanlara, pisliklərdən və bəlalardan xilas olmaq üçün ehtiyacsız olan Allahdan kömək istəmələrini əmr edir.

Bəzi müsibətlər insanı zəiflədir və hər hansı çarəni tapmaq yolunu kəsər, bəzən də küfrə yaxın olar. Məhz burada Allah insanın qarşısına möhkəm bir həll yolu qoymuşdur: “(Müsibət vaxtında) səbir etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da, (Allaha) itaət edənlər üçün ağır deyildir” (Bəqərə, 45).

Namaz insana Allahın sonsuz qüdrətini xatırladır, Ondan başqa hər şeyi kiçik göstərir, Allahın məhəbbətini qəlbdə artırır, təvəkkül ruhunu gücləndirir və insanı maddi asılılıqlardan azad edir. Bütün bu işlər insanı problemlərə qarşı davamlı edir.

Amma Quran əsl qəm və məşəqqəti Qiyamət gününün kədəri hesab edir. Dünya kədəri bütün dəhşətli təsirləri ilə birlikdə axirət kədəri qarşısında kiçik və heç bir şey deyildir. Buna görə də həqiqi möminləri qiyamətdə bu qəmdən qurtaracaqlarını və cənnətdə xoşbəxt yaşayacaqlarını müjdələyir: "(Xeyr, onların dediyi kimi deyil) əksinə, yaxşı işlər görüb özlərini Allaha təslim edənlərin Rəbbi yanında mükafatı (əvəzi) vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm qüssə görməzlər" (Bəqərə, 112).

3945498

captcha