IQNA

Livanda 25-ci Milli Quran Müsabiqəsi keçirəcək

14:40 - October 08, 2022
Xəbər sayı: 3493041
Livanın 25-ci Milli Quran Müsabiqəsini bu ölkənin Quran Təfsiri və İrşad Dərnəyinin “Beyrut” şöbəsi keçirəcək.

"İQNA", Livandan xəbər verir ki, bu yarışlar kişilər və qadınlar arasında iki bölmə üzrə və müxtəlif əzbər, təhqiq və tərtil qiraəti və təfsir sahələri üzrə keçirilir. Hifz sahəsində iştirakçılar 5 cüz əzbərləmək, 10 cüz əzbərləmək, 15 cüz əzbərləmək, 20 cüz əzbərləmək və Quranı tam əzbərləmək kimi müxtəlif bölmələrdə yarışırlar.

Həmçinin, bu müsabiqənin təhqiq qiraəti bölməsi kişilər, tərtil bölməsi isə qadınlar üçün olacaq. Bu Quran tədbirində yalnız Livan vətəndaşları yarışa bilər.

Bu yarışmalar onlayn və əyani şəkildə keçirilir və xüsusilə 10 yaşdan 50 yaşa qədər olan qruplar üçündür.

Təfsir sahəsində iştirakçılar Höccətül-İslam vəl-müslimin Şeyx Möhsin Qəraətinin “Nur” təfsirinə əsasən “Zuxruf” surəsinin ayələrinin təfsirində yarışacaq.

Bu yarışlarda iştirak etmək üçün qeydiyyat bazar ertəsindən cümə gününə qədər səhər saat 9:00-dan 14:00-dək aparılır. Bu müsabiqənin ilkin mərhələsi noyabrın 10-dan 13-dək Beyrutun Harrə Hərik bölgəsində keçiriləcək.

Livan Quran Təfsiri Dərnəyinin Beyrut bölməsinin elanına əsasən, bu müsabiqənin final mərhələsi noyabrın 27-də dərnəyin Beyrutdakı baş qərargahında keçiriləcək.

4090091

captcha