IQNA

Putin müsəlmanlara qarşı qarayaxmaların qadağan olunduğunu açıqlayıb

18:44 - November 15, 2022
Xəbər sayı: 3493268
Rusiya prezidentinin sərəncamına əsasən, bu ölkədə müsəlmanlara qarşı qarayaxmalar qadağan edilib. Bununla bağlı qanun pozuntusu həbslə cəzalandırılacaq.

"İQNA", "Rəyul-Yəvm"-ə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin rəsmi mətbuatda müsəlmanlara qarşı hər hansı qarayaxmanı qadağan edib.

O vurğulayıb ki, Amerikadakı kimi filmlərdə və seriallarda müsəlmanları terrorçu kimi göstərməməliyik.

Rusiya prezidenti müsəlmanları terrorçu kimi tanıdanların cəza və həbsə məhkum ediləcəyini vurğulayıb.

4099635

captcha