IQNA

Quran surələrinin İmam Əli (ə) ilə rabitəsi

17:02 - November 28, 2022
Xəbər sayı: 3493331
Quran surələrinin bir çoxunun İmam Əli (ə) ilə rabitəsi vardır. Əbu Bəsir İmam Sadiqdən (ə) nəql edir ki, buyurub: “Hər kəs cümə gecəsi “Vaqiə” surəsini oxuyarsa, Allah onu sevər. Onu bütün insanların yanında sevimli edər. Dünyada bədbəxtlik, yoxsulluq görməz. Dünya ziyanları ona dəyməz. Əmirəl-möminin (ə) yoldaşı olar. Bu surə İmam Əliyə (ə) aiddir və heç kəs onda şərik deyildir”. (Tebyan)

“Vaqiə” surəsi o surələrdəndir ki, ölümdən, bərzəx aləmindən, yaxşıların və pislərin halından xəbər verər. Bu surə Məkkədə nazil olmuşdur.

“Vaqiə” surəsi Qiyamət hadisələrindən bəhs edir. Bəs niyə Qiyamət vaqiə adlandırılmışdır? Vaqiə kəlməsi bir kateqoriyadır ki, hər hadisəni onunla izah və şərh etmək olar. Misal üçün deyirlər ki, hadisə bar verdi, yəni vaqiə baş verdi.

Bu surədə adı çəkilən vaqiə – Qiyamət hadisələridir. Ona görə də Qiyamətin adlarından biri də vaqiədir. Bundan başqa Qiyamətin ğaşiyə, qariyə, haqqə kimi adları da vardır.

“Vaqiə” surəsi Qiyamət gününün xüsusiyyətlərindən bəhs edir. Ancaq onun məzmununu 8 hissədə xilasə etmək olar:

1. Qiyamətin başlaması və onun qorxulu hadisələri.
2. O günü insanların qruplara ayrılması.
3. Qürb əhlinin məqamları və behiştdəki müxtəlif savabları.
4. Əshabi-yəminin halının şərhi və onlara verilən İlahi nemətlər.
5. Əshabi-şimalın halı və onlara verilən əzablar.
6. Məadın müxtəlif məsələlərinin zikri.
7. Can verən insanın halının təsvir edilməsi və başqa dünyaya köçməsi.
8. Möminlərin mükafatı və kafirlərin əzabına qısa nəzər.

captcha